Bu baş verərsə, bütün dünyanın başı dərddə olacaq - Bayden xəbərdarlıq etdi

13:44 - 11 May 2023

Bu baş verərsə, bütün dünyanın başı dərddə olacaq - Bayden xəbərdarlıq etdi

ABŞ prezidenti Co Bayden, federal hökumətin defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc limitinə çatması ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden dünya liderlərinin ABŞ-dakı defolt riski ilə maraqlandıqlarını bildirib. "Çünki defolt etsək, bütün dünya problemlə üzləşəcək" – deyə, o vurğulayıb.

Borc limiti böhranını "istehsal böhranı" olaraq xarakterizə edən Bayden, ABŞ-ın dünyanın ən güclü iqtisadiyyatı olduğunu və "hesabları" ödəyə biləcəyinə heç bir şübhə olmadığını söyləyib.

Bayden kredit kartları, avtomobil kreditləri və ipoteka kreditləri üçün daha yüksək faiz dərəcələri, sosial sığorta ödənişlərində gecikmələr və iş yerlərinin itirilməsi ilə nəticələnə biləcək defoltun mümkün nəticələri barədə xəbərdarlıq edib.

"İqtisadiyyatımız tənəzzülə uğrayır və beynəlxalq nüfuzumuz ciddi şəkildə zədələnir".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az