Həddindən artıq istidə açıq havada işləmək qadağan olunacaq

13:52 - 11 May 2023

Həddindən artıq istidə açıq havada işləmək qadağan olunacaq

İspaniyada solçu koalisiya hökuməti həddindən artıq isti havada açıq havada işləməyi qadağan etməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyada baş nazirin müavini və əmək naziri Yolanda Diaz həddindən artıq isti havada açıq havada işləməyi qadağan etmək qərarına gələcəyini açıqlayıb.

" Şirkətlərin əməl etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi hüquqi dəyişikliklər edəcəyik. Onlardan biri hava şəraitinə uyğun olaraq işlərin uyğunlaşdırılması olacaq”.

Diaz, həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqlar (narıncı və qırmızı həyəcan) zamanı işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək təcrübələr tətbiq edəcəklərini bildirib.

Bu məsələnin ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçiriləcək fövqəladə Nazirlər Şurasının iclasında da müzakirə ediləcəyini qeyd edən Diaz, insanların həyatlarına birbaşa təsir edən iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişməli olduğunu müdafiə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az