Çexiya prezidenti Petr Pavel bildirib ki, ölkə Ukraynaya L-159 təyyarələri verə bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çexiya prezidenti Petr Pavel Çexiya dövlət radiosuna müsahibəsində Ukrayna ilə bağlı açıqlamalar verib.
"Ola bilsin ki, biz Ukraynaya L-159 reaktiv təyyarələrimizi onların yenidən silahlanmasına müəyyən baxış və perspektivlə verə biləcəyimizi düşünə bilərik. Bu reaktivlər birbaşa hava dəstəyi təyyarəsi kimi Ukraynaya əks-hücumda əhəmiyyətli dərəcədə kömək edə bilər” - Pavel bildirib.
Manşet.az