İlon Mask Twitter-in baş direktoru vəzifəsindən gedir

09:42 - 12 May 2023

İlon Mask Twitter-in baş direktoru vəzifəsindən gedir

Twitter-in baş direktoru İlon Musk şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb. O bildirib ki, yeni icraçı direktor 6 həftə sonra işə başlayacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask bu barədə öz Twitter hesabında paylaşım edib:

"Twitter üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Təxminən 6 həftə sonra başlayacaq".

Yeni CEO-dan sonra şirkətdəki rolunun nə olacağını qeyd edən Mask, rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını bildirib.

Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az