Arktika bölgəsindəki problemlərə diqqət yetirən Arktika Şurasına sədrlik Rusiyadan Norveçə keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əvvəlki mərasimlərdən fərqli olaraq, Arktika Şurasına sədrliyin Norveçə təhvil verilməsi xarici işlər nazirləri deyil, yüksək səviyyəli nümayəndələrin iştirakı ilə onlayn keçirilib.
Ukrayna müharibəsi ilə əlaqədar Qərb ölkələrinin Rusiyaya münasibəti Arktika Şurasının damı altında 8 ölkənin əməkdaşlığını kəsib.
Şura 1996-cı ildə yarandığı gündən bəri, Rusiyanın müddətli prezidentlik etdiyi iki il ərzində ən böyük ekzistensial böhranı yaşadı.
Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 2022-ci ilin martında ətraf mühitin mühafizəsi üzrə hökumətlərarası qurum olan Arktika Şurasında iştirakını dayandırıb.
Bu səbəbdən də Rusiyanın ev sahibliyi etməsi planlaşdırılan görüşlərə Qərb üzv dövlətləri nümayəndə göndərməyib.
Ukrayna böhranı tərəflərinin münasibətinə görə Rusiyanın Arktika Şurasının çətiri altına daxil olduğu iqlim dəyişikliyi və qütb ayılarının xəritələşdirilməsi kimi bir sıra tədqiqatlar dayandırılıb və Rusiya tədqiqatçılar üçün məlumat mənbəyi obyektlərinə girişi əngəlləyib.
Arktika Şurası Rusiyanın Qərb dövlətləri ilə eyni masa arxasında oturduğu az saylı beynəlxalq platformadan biridir.
Təşkilatda Rusiya-Qərb gərginliyinin yaratdığı böhranın buzlaqların əriməsi, Arktika bölgəsindəki mineral ehtiyatların istifadəsi, yeni dəniz marşrutlarının müəyyənləşdirilməsi sahələrində atılacaq addımlara təsir edə biləcəyi bildirilir.
Manşet.az