Rusiya Müdafiə Nazirliyi bəzi rusiyapərəst mənbələrin Ukrayna qoşunlarının ölkənin şərqində cəbhədə irəliləmələri ilə bağlı xəbərlərini təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlpərəst müharibə müxbiri Kiyevdən gözlənilən əks-hücumun başladığını bildirib. O, “mötəbər mənbələrə” istinadən Ukrayna tanklarının Xarkova doğru getdiyini bəyan edib. Onun iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Digər rusiyalı müharibə müxbiri də Telegram-da bildirib ki, Ukrayna qüvvələri Baxmut yaxınlığındakı Bohnadivka kəndi yaxınlığında cəbhə xəttini yarıb və bir neçə kvadrat kilometr ərazini nəzarət altına alıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə, “Telegram-da cəbhənin bəzi nöqtələrində “irəliləyiş”dən bəhs edən fərdi elanlar reallıqla uzlaşmır. Xüsusi hərbi əməliyyat zonasında ümumi vəziyyət nəzarət altındadır” – bəyan edilib.
Manşet.az