Rus əsirlərinin müharibəyə göndərilməsi prosesi sürətlənib - Kəşfiyyat hesabatı

13:22 - 12 May 2023

Rus əsirlərinin müharibəyə göndərilməsi prosesi sürətlənib - Kəşfiyyat hesabatı

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi rusiyalı məhbusları Ukraynada döyüşmək üçün cəlb etmək təşəbbüsünü gücləndirdiyi bəyan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniya Müdafiə Nazirliyinin gündəlik dərc etdiyi Rusiya-Ukrayna müharibəsi ilə bağlı hesabata əsasən, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlindən Ukraynada döyüşmək üçün rusiyalı əsirlərin cəlb edilməsi təşəbbüsünü gücləndirib.

Təkcə aprel ayında 10 minə qədər məhbusun qeydiyyata alınmış ola biləcəyini bildirən hesabatda, “2022-ci ilin yayından etibarən məhbuslar Ukraynadakı özəl hərbi şirkətin “Vaqner Qrupu”nun əməliyyatları üçün mühüm əsgər ehtiyatı idi. Lakin qrupun Rusiya cəza sisteminə çıxışı çox güman ki, 2023-cü ilin fevralında kəsilib, çünki Müdafiə Nazirliyi ilə qrup arasında gərginlik açıq şəkildə artıb” - bildirilir.

Hesabatda qeyd edilir ki, nazirliyin məhbusların cəlb edilməsi kampaniyası Rusiya ordusunun sayını artırmaq üçün daha geniş və daha gərgin səylərin bir hissəsidir, həm də rus xalqının xoşuna gəlməyəcək yeni məcburi səfərbərlikdən qaçılmağa çalışılır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az