Ərdoğandan Yunanıstana dostluq mesajı

14:42 - 12 May 2023

Ərdoğandan Yunanıstana dostluq mesajı

“Biz düşmənçilikləri bir kənara qoya bilərik”.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana dostluq mesajında deyib.

“Biz Yunanıstanla düşmənçilik və rəqabəti bir kənara qoya bilərik”.

Ərdoğan hərbi əməliyyatların hər iki ölkəni yorduğunu deyib.

O, iki ölkə arasında münasibətlərin yeni dövrün başlanğıcı olmasını arzuladığını bildirib.

"Türkiyədən Yunanıstana ən səmimi dostluq salamlarımı göndərirəm. Mitsotakis də mənim kimi təəssürat və hissləri qoruyub saxlamalıdır. Verdiyi sözə əməl etsin”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az