Zelenskinin "Avroviziya" ilə bağlı müraciətinə mənfi cavab verildi

16:06 - 12 May 2023

Zelenskinin \"Avroviziya\" ilə bağlı müraciətinə mənfi cavab verildi

Avropa Yayım İttifaqı (EBU) Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avroviziya-2023" mahnı müsabiqəsinin finalında çıxış etmək istəyini rədd edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının bəyanatında bildirilib.

Qeyd olunub ki, "Avroviziya" mahnı müsabiqəsi beynəlxalq əyləncə şousudur və yarandığı vaxtdan sərt qayda və prinsiplərlə idarə edilib və əsas prinsiplərdən biri müsabiqənin qeyri-siyasi təbiətə malik bir tədbir olmasıdır:

"Cənab Zelenskinin "Avroviziya" Mahnı Müsabiqəsində çıxış etməklə bağlı müraciəti təqdirəlayiq niyyət olsa da, təəssüf ki, EBU-nun idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir”.

Bəyanatda əlavə olunub ki, müsabiqənin yarımfinalında və ya finalında ötən ili qalibi "Kaluş Orkestra" da daxil olmaqla azı 11 ukraynalı incəsənət xadimi çıxış edəcək.

Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022"nin qalibi olub. Lakin Ukraynada aparılan araşdırmalardan sonra yarışın bu ölkədə keçirilməməsinə qərar verilib.

Buna əsas səbəb kimi texniki çatışmazlıq və təhlükəsizlik təminatları göstərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az