Artıq kosmosda “dünya mənzərəli” yemək mümkün olacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın “Zephalto” şirkəti öz müştərilərinə yer atmosferinin hüdudlarında yemək təcrübəsi yaşadacaq nəhəng şarını elan edib. “Celeste” adlı şarda yemək xərcinin 120 min avro olduğu açıqlanıb.
Kosmosda yemək imkanı təmin edəcək şirkət, “Michel”in ulduzlu aşpazların hazırladığı yeməklərin veriləcəyini bəyan edilib. Zephalto şirkəti, yerdən 25 kilometr yüksəklikdə yüksələcək “Celeste” şarının təkcə atmosfer mənzərəsi ilə kifayətlənməyəcəyini, həm də ən yüksək səviyyədə yeyib-içmək şansını yaşadacağını bildirib.
CNN Travel-ə danışan şirkət rəsmisi Farret d'Asties, "Celeste" kapsul şarının 25 kilometr yüksəkliyə qalxacağını və səyahətin təxminən 90 dəqiqə çəkəcəyini söyləyib.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən icazə aldıqlarını qeyd edən rəsmi, uçuşların 2024-cü ilin əvvəlində reallaşacağını gözlədiklərini qeyd edib.
Uçuşla 6 sərnişinin səyahət edə biləcəyini açıqlayan şirkət rəsmisi 120 min Avro qiymətli rezervasiyaların 2025-ci ilin ortalarına qədər tükənəcəyini bildirib.
Manşet.az