Qulaq ağrısı ilə xəstəxanaya gedən şəxsin qulağından gənə çıxdı - VİDEO

17:20 - 12 May 2023

Qulaq ağrısı ilə xəstəxanaya gedən şəxsin qulağından gənə çıxdı - VİDEO

Türkiyənin Ərzincan şəhərində havaların istiləşməsi ilə gənələrdən insanlara keçən Krım-Konqo hemorragik qızdırma hallarında artım başlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, şəhərdə son bir həftədə 5 nəfər gənə şübhəsi ilə xəstəxanaya gedib, 2 nəfər eyni diaqnozla müalicə olunub.

Müalicə olunan şəxslərin vəziyyətinin ağır olmadığı bildirilib.

Məlumata görə, bir vətəndaş da qulaq ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsi nəticəsində xəstənin qulağında gənə olduğu müəyyən edilib.

Daha sonra mütəxəssis həkimlər tərəfindən gənə xəstənin qulağından diqqətlə çıxarılıb və xəstəyə tibbi yardım göstərilib.

O, səhhətində problem olmadığı üçün evə buraxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az