Krımda Mi-28 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində iki əsgərin həlak olub.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Qəzada iki əsgərin öldüyünə dair məlumatların yer aldığı açıqlamada, ilk təsbitlərə görə helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd edilib.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb.
Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq edib.
Jalə
Manşet.az