Türkiyədə seçki kampaniyası dayandırıldı

20:37 - 13 May 2023

Türkiyədə seçki kampaniyası dayandırıldı

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, partiya nümayəndələri son çıxışlarını TRT telekanal və radioları ilə ediblər.

Seçkilərə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az