Səs verməyə belə gəldilər - FOTOLAR

14:42 - 14 May 2023

Səs verməyə belə gəldilər - FOTOLAR

Türkiyədə hazırda prezident və parlament seçkiləri davam edir. İnsanlar seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində sağlamlıq problemləri olmalarına baxmayaraq, səs vermək üçün məntəqələrə gələn şəxslər xüsusi diqqət çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sözügedən şəxslərin seçki prosesinə biganə qalmadıqlarını görmək mümkündür. Belə ki, Şanlıurfa şəhərində oksigen balonundan asılı yaşayan bir qadın səs vermək üçün oğlunun köməkliyi ilə məntəqəyə gəlib və seçki hüququndan istifadə edib. 

Bununla yanaşı, hərəkət etməkdə çətinlik çəkən bir neçə seçici isə məntəqəyə xərək vasitəsilə gətirilib. 

Bu şəxslərdən biri də Eskişehirdə yaşayan 87 yaşlı Mustafa Uzun adlı kişi olub. O, təcili yardım avtomobili ilə seçki məntəqəsinin qurulduğu məktəbə gətirilib.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az