Ərdoğan seçkilərin nəticələrini Ankaradan izləyəcək

18:22 - 14 May 2023

Ərdoğan seçkilərin nəticələrini Ankaradan izləyəcək

İstanbulda səsvermə hüququndan istifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya gəlib. Ərdoğan seçkiləri Ankaradan izləyəcək.

 

Manset.az  “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan səs vermək üçün saat 11:40-da İstanbulun Üsküdar rayonundakı iqamətgahından ayrılaraq Saffet Cəbi orta məktəbinə gediblər.

Məktəbin həyətində yığışan vətəndaşların sevgi nümayiş etdirdiyi Ərdoğanı Prezident Aparatının Kommunikasiya direktoru Fahrettin Altun, Üsküdar Bələdiyyə sədri Hilmi Türkmen, AK Partiya İstanbul sədri Osman Nuri Kabaktepe və digər rəsmilər qarşılayıblar.

Rəcəb Tayyib Ərdoğan İstanbulun Saffet Cəbi orta məktəbində keçirilən səsvermədən sonra İstanbuldan Ankaraya gəlib. Esenboğa hava limanından iqamətgahına keçən Prezidentin seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az