Ərdoğan seçkilərlə bağlı nə deyib? - YENİ PAYLAŞIM

23:21 - 14 May 2023

Ərdoğan seçkilərlə bağlı nə deyib? - YENİ PAYLAŞIM

"14 May seçkilərinin sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter"də yazıb.

O qeyd edib ki, seçki müsbət və demokratik şəraitdə keçsə də, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir.

"Sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - Ərdoğan bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az