Avropanın ən qədim mükafatlarından biri olan Beynəlxalq Böyük Karl Mükafatı (Karlspreis) Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Ukrayna xalqına verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski və Ukrayna xalqı 1950-ci ildən “Avropanın yenidən birləşməsinə və Avropa dəyərlərinin, demokratiyanın və insan haqlarının qorunmasına və yayılmasına” töhfə verənlərə verilən Beynəlxalq Böyük Karl Mükafatına layiq görülüb.
Axen Bələdiyyəsində keçirilən mərasimdə Zelenskiyə mükafatı Böyük Karl Mükafatı Komissiyasının sədri Yurgen Linden və Axen şəhərinin meri Sibyl Keupen təqdim edib.
Linden bildirib ki, Beynəlxalq Böyük Karl Mükafatı Zelenskiyə və Ukrayna xalqına azadlıq, demokratiya və Avropa dəyərlərinin müdafiəsində göstərdikləri cəsur mübarizəyə görə verilib.
Zelenski Beynəlxalq Böyük Karl Mükafatını aldıqdan sonra bu mükafatı almaqdan böyük qürur duyduğunu bildirib və hər gün azadlıq və Avropa dəyərləri uğrunda mübarizə aparan ukraynalıları təmsil etdiyini bildirib.
Hər bir ukraynalının qəhrəman olduğunu və burada dayanmağa layiq olduqlarını vurğulayan Zelenski, Ukraynanın istədiyi sülhün indiki müharibədə yalnız bir qələbə ilə əldə oluna biləcəyini söyləyib.
Manşet.az