Banqladeş və Myanmada Moça qasırğasının yaratdığı sel və güclü küləklər fəlakətə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 700-dən çox insan isə yaralanıb.
Myanmanın Arakan əyalətinin bölgə sakinlərinin daşqın riskinə qarşı hündürmərtəbəli binalara sığındığı bildirilib.
Sürəti saatda 209 kilometrə çatan qasırğada 5 nəfərin cəsədinin tapıldığı və axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.
Güclü yağış və daşqınlara səbəb olan 5-ci kateqoriya olaraq təyin olunan Moça qasırğası ilə əlaqədar ölkənin qərb sahilindəki Arakan əyalətində fövqəladə vəziyyət elan edilmişdi.
Manşet.az