Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əminə Ərdoğan sosial media hesabında bu sözləri paylaşıb:
“Övladlarımızın gələcəyi üçün sandıq başına gedən millətimizin qərarı nəticəsində Türkiyə Əsri qalib gəldi. Türkiyə qalib oldu. Bir olduq, birləşdik, böyük və qüdrətli bir Türkiyə üçün çox çalışdıq. Uğurlarımıza yenilərini əlavə etməklə Türkiyə Əsrini çiyin-çiyinə quracağıq. Güvən, sabitlik, xidmət deməklə bu yolda qəlbini amalımıza qoyan sevimli xalqımıza ürəkdən təşəkkürümüzü bildiririk. Bu qürur və uğur bizimdir. Arzuların gerçəkləşməsi və hər sahədə lider ölkə olması üçün düzgün addımlarla dayanmaq yoxdur, yola davam”.
Manşet.az