Rusiya Ukraynanı raket sistemləri ilə vurdu

16:27 - 15 May 2023

Rusiya Ukraynanı raket sistemləri ilə vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus strateji məntəqələrin və sursat anbarlarının Smerç reaktiv yaylım atəşi sistemləri ilə vurulduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib:

“Hədəflərin koordinatları müəyyən edildikdən sonra Mərkəzi Hərbi Dairənin Smerç MLRS ekipajı döyüş meydanına keçib. Atış mövqelərində olan əsgərlər 20 km-dən çox uzaqdakı hədəfləri yüksək dəqiqliklə vurdular”.

BM-30 “Smerç” tipli reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu hücumda Ukraynanın logistika obyektləri, strateji məntəqələri və silah-sursat anbarları vurulub. Hücumun gecə-gündüz həyata keçirildiyi bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az