Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə bu gün YSK sədri Ahnet Yener keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ötən gün baş tutub. Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,99 faiz, Sinan Oğan isə 5,21 faiz səs toplayıb.