Türkiyənin İzmir şəhərində silahlı insident olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bornova rayonunda əyləncə məkanında baş verib.
Qazi Osman Paşa məhəlləsi, Kamil Tunca küçəsində yerləşən məkanda olan Yener Fidan ilə kimliyi dəqiqləşdirilməyən şəxs arasında mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra şübhəli şəxs tapançadan Y. Fidana atəş açıb və qaçıb.
Ağır yaralanan Y. Fidan aparıldığı xəstəxanada həyatını itirib.
Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.
Polis hadisəni törədənin tutulması üçün əməliyyata başlayıb.