Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 16 nəfər öldü

23:40 - 07 Sentyabr 2021

Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 16 nəfər öldü

Meksikanın İdalqo əyalətinin Tula şəhərindəki xəstəxanada oksigen təchizatının kəsilməsi səbəbindən azı 16 xəstə dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 6 xəstə COVID-19 xəstələri şöbəsində, 10 pasiyent reanimasiyada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az