Hollandiyada Rusiya prezidenti Vladimir Putinin keçmiş kürəkəni Jorrit Faassen-ə məxsus torpaqlar müsadirə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “Guardian”, Rusiyanın müxalif jurnalist araşdırmaçı platforması “Proekt Media” və Hollandiyada yerləşən “Pulları izləyin” jurnalist qrupunun birgə işində torpaqların mayın 12-də ələ keçirildiyi bəyan edilib.
Araşdırmada, cinayət istintaqı çərçivəsində paytaxt Amsterdamın cənub-şərqindəki Duivendrecht qəsəbəsində 1432 kvadrat kilometr ərazinin müsadirə edildiyi açıqlanıb.
Digər tərəfdən, araşdırma zamanı əldə edilən sənədlərdə Faassen haqqında araşdırma aparılıb-aparılmadığı və ya torpağın niyə ələ keçirildiyi ilə bağlı təfərrüatların olmadığı bildirilib.
Manşet.az