Türkiyə prezident seçkisində xaricdən verilən səslər rekord qırır

17:54 - 28 May 2023

Türkiyə prezident seçkisində xaricdən verilən səslər rekord qırır

Türkiyədə prezident seçkisi üçün hava limanlarında və gömrük məntəqələrində səsvermə davam edir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, indiyədək siyahıya alınmış 1 milyon 920 min 053 seçici səs verib.

Bildirilir ki, xaricdə seçici siyahısında qeydiyyatdan keçmiş şəxslər xarici pasport və şəxsiyyət vəsiqələrini göstərdikdən sonra səs verirlər.

Təkcə İstanbul Hava Limanında bir həftə ərzində 13 mindən çox seçici səs verib. Qeyd olunur ki, xarici səslərin ümumi sayı ilk turla müqayisədə rekord qıraraq 2 milyona yaxınlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az