Tunisdə 2 turist təyyarəsi toqquşdu: Ölənlər var

13:21 - 29 May 2023

Tunisdə 2 turist təyyarəsi toqquşdu: Ölənlər var

Tunisin cənubundakı Tozer əyalətində iki yüngül turist təyyarəsi toqquşub.

 

Manset.az xəbər verir ki, hadisə nəticəsində iki fransız turist ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Tunisin mülki müdafiə məsələləri üzrə nümayəndəsi Moez Terea məlumat verib.

O bildirib ki, şənbə günü qəzaya uğrayan təyyarələrin qalıqları Şatt əl-Carid rayonuna yaxın ərazidə tapılıb.

“Biz ilk yüngül təyyarəni tamamilə yandıqdan sonra tapdıq, içərisində iki yanmış cəsəd var idi. Təxminən 3 kilometr aralıda da içərisində iki yüngül yaralı olan ikinci təyyarəni aşkarladıq”, - deyə o bildirib.

Moez Terea qeyd edib ki, ölən fransızlar 78 və 55 yaşlarında olublar.

Onun sözlərinə görə, qəzaya ərazidə keçirilən yüngül aviasiya yarışı səbəb olub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az