Minskin Milli Kitabxanası bayrağımızın rəngləri ilə işıqlandırıldı

14:16 - 29 May 2023

Minskin Milli Kitabxanası bayrağımızın rəngləri ilə işıqlandırıldı

Belarusun paytaxtı Minskin əsas rəmzlərindən olan Milli Kitabxananın binası Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Manset.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunub.

Mayın 28-də axşam saatlarından etibarən Milli Kitabxananın binası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az