Ad günü qeyd edən turistlərin qayığı batdı - FOTO/VİDEO

18:22 - 29 May 2023

Ad günü qeyd edən turistlərin qayığı batdı - FOTO/VİDEO

İtaliyanın şimalında ölkənin ikinci ən böyük gölü Maggioredə göyərtəsində 20-dən çox sərnişinin, eləcə də ekipaj üzvlərinin olduğu turist qayığı batıb.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, ad günü qeyd edən turistlərlə dolu qayığın batması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi israillidir.

Qayığın batmasına qəfil gələn qasırğanın səbəb olduğu bildirilir.

Xilasetmə səyləri nəticəsində 19 nəfəri sudan xilas etmək mümkün olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az