Kliçko insanları sığınacaqlarda qalmağa çağırdı

18:53 - 29 May 2023

Kliçko insanları sığınacaqlarda qalmağa çağırdı

Mayın 29-da saat 11:00-dan sonra Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra şəhərdə partlayışlar baş verib.

Rəsmilər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu bildiriblər.

Həmçinin, Kiyev meri Vitali Kliçko hazırda şəhərin mərkəzi bölgələrində partlayışların davam etdiyini qeyd edib.

O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:

“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!”, - deyə Kliçko vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az