İordaniya krallığında xına gecəsi- FOTO

09:24 - 31 May 2023

İordaniya krallığında xına gecəsi- FOTO

İordaniya kralı Abdullah və onun həyat yoldaşı, Kraliça Ranianın böyük oğlu, vəliəhd şahzadə Hüseyn (28) sabah Səudiyyə Ərəbistanından olan memar Rəcva əl-Saif (29) ilə evlənirlər. Bu səbəbdən  xına mərasimi təşkil edilib.

 

Bu barədə Manşet.az Hüriyyətə istinadən xəbər verir.

Gəlini ilə əl-ələ salona gələn Raniyə emosional çıxışı ilə Racvanı ağlatıb. Xına gecəsində şən musiqi sədaları altında oynayan qayınana və gəlin qonaqların alqışları ilə qarşılanıb. Gələcək bəyin atası və babasının da evləndiyi Zəhran sarayında baş tutacaq toya ABŞ-ın birinci xanımı Cil Bayden də daxil olmaqla bir çox yüksək səviyyəli qonaqların və aristokratların qatılacağı bildirilib. Rəcva əl-Saif həm də çox varlı Səudiyyə Ərəbistanı ailəsinin qızıdır.

Kraliça Rania və gəlini Racva əl-Saif xına gecəsində əyləniblər.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az