ABŞ-dan Türkiyə və İsveç ilə bağlı AÇIQLAMA

09:55 - 31 May 2023

ABŞ-dan Türkiyə və İsveç ilə bağlı AÇIQLAMA

Türkiyənin NATO-ya təsdiqini gözləyən İsveç üzvlük yolunda kritik bir addım atıb.

 

Manset.az  "Hürriyət"-ə istinadən xəbər verir ki, iyunun 1-də qüvvəyə minəcək qanunla İsveç nəhayət terror təşkilatı tərəfdarlarına 4 il həbs cəzası nəzərdə tutan qanunu təsdiqləyib. Qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl ABŞ-ın bəyanatı İsveçin ümidlərini canlandırdı. Dünya isə Türkiyənin atacağı bir addımda kilidlənib.

Türkiyənin tələblərini yerinə yetirən İsveçdən fərqli olaraq Finlandiya NATO-ya üzv oldu və İsveçin münasibəti dəyişməyə başlayıb.

İsveç nəhayət ki, terror təşkilatlarının tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu qəbul edib.

Türkiyənin tələblərini qanunla yerinə yetirdiyini bildirən İsveçin ümidləri ABŞ-dan gələn açıqlama ilə yenidən canlanıb.

ABŞ dövlət katibi Antoni Blinken İsveçin baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyəni İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmağa çağırıb və "Bu prosesin yaxın həftələrdə tamamlanmasını səbirsizliklə gözləyirik" deyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az