Pentaqon Çin döyüş təyyarəsinin ABŞ təyyarəsinə yaxın uçduğunu açıqlayıb.
Manset.az "Tgrt Haber"-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon bildirib ki, şənbə günü Çin döyüş təyyarəsi Cənubi Çin dənizi üzərində ABŞ kəşfiyyat təyyarəsinin yaxınlığında uçub.
Həmçinin Pentaqon hadisənin videosunu da yayıb.
Nazirlikdən verilən məlumata görə, Çinin J-16 model təyyarəsinin “lazımsız aqressiv manevri” ABŞ-ın RC-125 model qırıcı təyyarəsinin quyruğunun turbulentliyinə səbəb olub.
Pentaqon bildirib ki, Amerika təyyarəsi "beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirib".
Çin ABŞ-ı bölgədəki hava və dəniz kəşfiyyatı ilə milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham edib.
Jalə
Manşet.az