Ermənistanda yüksək vəzifəli məmurların həbsi gözlənilir

11:10 - 31 May 2023

Ermənistanda yüksək vəzifəli məmurların həbsi gözlənilir

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində bir neçə yüksəkvəzifəli məmurun həbsi gözlənilir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə qapalı müzakirələr zamanı açıqlayıb. 

Məlumata görə, iclas zamanı əsas məsələlərdən biri narkotiklə mübarizə məsələsi olub. 

O bildirib ki, yaxın zamanlarla narkotiklərin qanunsuz dövriyyəsi biznesi ilə bu və yaxud digər şəkildə əlaqəsi olan bir sıra məmurların həbsi gözlənilir. 

Xatırladaq ki, Ermənistanın müxalif “Hayastan” blokunun deputatı Andranik Tevanyanın bir müddət əvvəl verdiyi açıqlamasına görə, Ermənistan rəhbərliyində olan adamların narkotik mafiyası ilə əlaqəsi var. O qeyd edib ki, dövriyyəsi 1 milyard dollara çatan nəhəng narkotik ticarəti hakimiyyətin himayəsi olmadan mümkün olmazdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az