Sudanda 5 günlük atəşkəs - Orda rəhbəri hədələdi

11:42 - 31 May 2023

Sudanda 5 günlük atəşkəs - Orda rəhbəri hədələdi

Sudanın Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdül Fəttah əl-Burhan paytaxt Xartumda yerləşdirilən qüvvələrə baxış keçirib.

  

Manset.az "Türkiye Gazetesi"-nə istinadən xəbər verir ki, paramiliter Sürətli Dəstək Qüvvələrini hədəf alan əl-Burhan "öldürücü güc" tətbiq etməklə hədələyib.

Bildirilib ki, ordu və hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (HDK) bir həftəlik atəşkəs razılaşmasını bazar ertəsi gecə başa çatmazdan əvvəl beş gün uzatmağa razılaşıb.

Atəşkəsin imzalanmasından bir neçə saat əvvəl sakinlər Sudanın paytaxtı Xartumu təşkil edən hər üç qonşu şəhərdə şiddətli döyüşlərin getdiyini bildirdilər.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, ordu lideri general Əbdülfəttah əl-Burhan görüntülərdə əsgərləri salamlayarkən görünüb.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az