Putin və Zelenski Türkiyəyə səfər edəcək

13:39 - 31 May 2023

Putin və Zelenski Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin Ankara nümayəndəsi Hande Fırat məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü andiçmə mərasimdə iştirak edəcək.

Məlumata görə, Putin Türkiyəyə xüsusi səfər edəcək.

Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin ziyarəti planlaşdırılıb.

Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az