Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və serbiyalı həmkarı Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurti ilə telefon danışığı baş tutub..
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Serbiya Prezidenti Vuçiç və Kosovo Baş naziri Kurti prezident Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.
İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu görüşlərdə prezident Ərdoğan Kosovonun şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.
Jalə
Manşet.az