Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevi atəşə tutub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Şəhərin meri Vitali Kliçko bildirib ki, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb.
Bundan başqa, həlak olan 3 nəfərdən 2-si uşaqdır.
Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonundan olub.
Qeyd olunur ki, 1-i uşaq olmaqla 10 nəfər yaralanıb.