Türkiyədə dənizdə nəhəng balina kameralara düşüb.
Manset.az-ın “Haber Global”a istinadən məlumatına görə, 10-12 metr uzunluğunda olduğu təxmin edilən balina Marmaris sahillərində vətəndaşlar tərəfindən lentə alınıb. Kiçik ekskursiya gəmisində olan vətəndaşlar qəfildən üzə çıxan balinanı görəndə təəccübləniblər. Bir müddət sonra balina ərazidən uzaqlaşıb.