Qərbi Afrika ölkəsi Qanada meymunçiçəyi virusu yayılmağa davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ötən bir həftə ərzində ölkədə 37 yeni yoluxma faktı qeydə alınıb. Bununla da bu ilin may ayından bu günə qədər ümumi yoluxma sayı 409-a çatıb.
Bildirilib ki, virusa yoluxan iki nəfər hazırda xəstəxana şəraitində müalicə alır.
Qeyd edək ki, bu il ilk dəfə Qanada mpox virusuna yoluxma mayın 19-da dörd nəfərdə aşkar edilib. İyulun 28-də isə virusdan ilk ölüm halı qeydə alınıb.
Hazırda ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qrupları üçün peyvənd kampaniyası davam etdirilir.