ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Ağ Evdə Vladimir Zelenski və Avropa liderləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə nəticələr barədə məlumat verəcək.
Manset.az APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bugünkü görüşlər başa çatdıqdan dərhal sonra telefon zəngi olacaq. O, mənim zəngimi gözləyir,” – deyə Tramp vurğulayıb.