UEFA Çempionlar Liqasının “Play-off” mərhələsi çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” matçında təmsilçimizi dəstəkləyəcək azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “Gate 4”də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir.
Manset.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.
Kassalar qarşılaşmanın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizdən xahiş olunur ki, bu müddət ərzində qeyd olunan məkana yaxınlaşaraq vauçerlərini bileti dəyişsinlər”.
Qeyd edək ki, oyun avqustun 19-u, saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.