Dünən Türkiyənin Afyonkarahisar şəhərində yaşayış binasında yanğın baş verib.
Manşet.az xəbər verir ki, 5 mərtəbəli binada baş verən hadisə zamanı ana uşağını xilas etmək üçün pəncərədən təhlükəsilik yastığına atıb.
Görüntülər bu gün mediada yayılıb.
Uşağını atdıqdan Sultan Gümüş özü də pəncərədən yerə atılıb. Lakin təhlükəsizlik yastığına dəydikdən sonra sıçrayaraq kənara düşüb. Onun ağır xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yanğında tüstüdən təsirlənən və pəncərədən atılan 6 nəfər xəstəxanaya çatdırılıb.
ölkə.az