Bu türk dövləti 20 ölkə ilə hava əlaqəsini bərpa etdi

23:13 - 10 Sentyabr 2021

Bu türk dövləti 20 ölkə ilə hava əlaqəsini bərpa etdi

Qazaxıstanda epidemioloji vəziyyətin yaxşılaşması xarici ölkələrlə hava əlaqəsinin bərpasına səbəb olub. Hazırda Qazaxıstan 20 ölkəyə uçuşları bərpa edib.

Manşet.az xəbər verir ki, ölkənin Mülki Aviasiya Komitəsinin məlumatına görə, reyslərin əksəriyyəti Türkiyəyə həyata keçirilir. Qazaxıstanın altı şəhərindən təyyarə ilə İstanbula getmək mümkündür.

Hazırda Qazaxıstandan Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, İngiltərə, Macarıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya, Misir, Niderland, Polşa, Monteneqro və digər ölkələrə birbaşa aviauçuşlar həyata keçirilir.

Oktyabr ayından Qətərə, Maldiv adalarına və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az