İsveçin Halland bölgəsində yaşayan ailə cütlüyü yeni doğulmuş körpələrinə Rusiya prezidenti Vladimir Putinin adını vermək üçün müvafiq quruma müraciət edib.
Manşet.az xəbər verir ki, lakin valideynlərin müraciətinə mənfi cavab verilib.
Buna səbəb olaraq, qeyd edilən adın gələcəkdə uşaqda psixoloji travmaya səbəb ola biləcəyi göstərilib.
Həmçinin, körpələrə nüfuzlu şəxslərin adlarının verilməsinin uyğun olmadığı bildirilib.