Yeni Zelandiya kəşfiyyatı Çin, Rusiya və İranın ölkəyə xarici müdaxilə etdiyini iddia edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya kəşfiyyatının ilk dəfə açıq şəkildə paylaşdığı təhdid təhlili hesabatında bu məlumatın ictimaiyyətlə paylaşılmasının "çox dəyərli" olduğu ifadə edilib.
Bildirilib ki, Çinin Sakit okeanda siyasi, iqtisadi və hərbi iştirakını inkişaf etdirmək səyləri strateji rəqabətə səbəb olub. Hesabatda Yeni Zelandiyadakı müxtəlif Çin icmalarını və Çin Kommunist Partiyasının kəşfiyyatı ilə əlaqəsi olanları hədəf alan gözə çarpan təhlükə vurğulanıb.
İran isə iranlı icmaları izləyib məlumat verərək müdaxilə edib.
Rusiya-Ukrayna müharibəsinin geosiyasi rəqabətin artması, tədarük zəncirində pozulmalar və digər ölkələrdə kəşfiyyat fəaliyyətlərinin aparılması səyləri kimi problemlərə səbəb olduğu da bildirilib.
Xarici təhdidlərlə yanaşı, ölkə daxilində ifrat zorakılığa meylin də təhdid olduğu, ölkədə terror aktları təşkil edə bilən şəxslərin olduğu, lakin hələlik konkret hücum planının müəyyən edilmədiyi diqqətə çatdırılıb.
Aygün
Manşet.az