Türkiyəli bloger Burak Can Taşan motosiklet qəzasında həlak olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qəza Adana şəhərində baş verib.
Burak yolda qəfildən qarşısına çıxan iti vurduqdan sonra idarəetməni itirərək qəza keçirib.
Xəstəxanaya yerləşdirilən 23 yaşlı bloger orada həyatını itirib. Burak iyulun 3-də sevgilisinə evlənmə təklifi edibmiş. Cütlüyün uzun müddətdir ki, toy hazırlıqları gördüyü bildirilib.