Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili beşinci dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Manset.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, buna səbəb Türkiyənin Kopenhagendəki səfirliyi və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasıdır.
Qeyd edək ki, müvəqqəti işlər vəkili avqustun 18-də, 21-də, 22-də və 23-də də Türkiyə XİN-ə çağırılıb.
Jalə
Manşet.az