Rusiya prezidenti Vladimir Putin Dağıstan rəhbəri postuna 3 nəfərin namizədliyini irəli sürüb.
Manset.az RİA-Novostiyə istinadən xəbər verir ki, oktyabrın 14-da Dağıstan rəhbəri postuna keçiriləcək seçkilərdə parlament RF prezidenti Putinin irəli sürdüyü 3 namizəddən birini seçəcək.
Putin Dağıstan Milli Məclisinə Dağıstan Respublikası rəhbəri postuna Samir Abdulxakimovun - Dağıstan Seçki Komissiyasının üzvü; Davdiyev Kamil - Dağıstan parlamentinin sədr müavini və Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Melkovun namizədliyini irəli sürüb.
Putin 2020-ci ilin oktyabrın 5-də Dağıstanın rəhbəri Vladimir Vasilyevin təcili istefasını qəbul edib, özünə məsələhətçi təyin edib. Onun yerinə isə Stavropol Diyarından Federasiya Şurasının üzvü Sergey Melikov təyin olunub.