İsrail Bəhreyndə səfirlik AÇDI

20:08 - 04 Sentyabr 2023

İsrail Bəhreyndə səfirlik AÇDI

İsrailin xarici işlər naziri Eli Koen Manamada ölkəsinin Bəhreyn Krallığındaki səfirliyinin təntənəli açılışında iştirak edib.

 

Manset.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində bildirib.

"Bu, ölkələrimiz arasında münasibətlərin istiləşməsindən xəbər verir", - nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında İsrailin xarici işlər naziri Eli Koen Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb. Görüşdə regional məsələlər, iki ölkənin terrorizmlə mübarizə öhdəliyi, həmçinin azad ticarət sazişinin təşviqinin vacibliyi və ölkələr arasında təmaslar müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az