Bu dövlət bütün ölkələr üçün viza rejimini ləğv edir

10:32 - 05 Sentyabr 2023

Bu dövlət bütün ölkələr üçün viza rejimini ləğv edir

 

Keniyanın paytaxtı Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Keniya prezidenti Vilyam Ruto ölkəsinin bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, bura gələnlərdən viza istəməyin doğru olmayacağını bildirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölkəsinin bütün bəşəriyyətin vətəni olduğunu bildirən Ruto, “Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq” deyib.

Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az